Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 13:32
Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.
Sonxeber.net PFL-in saytına istinadən xəbər verir ki, 17-ci turda qapılara 17 qol vurulub. "Zirə" - "Qarabağ" (0:6) görüşündə altı, "Neftçi" - "Keşlə" və "Səbail" - "Qəbələ" (hər ikisi 3:1) matçlarında dörd, "Sumqayıt" - "Sabah" (1:2) oyununda üç top vurulub.
Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı 12-ci tura təsadüf edib.
Qeyd edək ki, ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün 11-ci turunda da indiki kimi 17 qol vurulub.