Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Tarix: 17 Fevral 2020 19:57

Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılat İttifaqının Mətbuat xidməti xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və təbliğində müstəsna xidmətlərindən danışılacaq, onun hazırladığı və aparıcıllıq etdiyi verilişlərindən kadrlar nümayiş olunacaq və foto sərgi təqdim ediləcək.

Tədbir fevralın 18-də, saat 17:00 da Dövlət Film Fondunda keçiriləcək.

Milli.Az


Etiketlər:  Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək


RƏYLƏR