Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ən ucuz domen hansıdır?

Azərbaycanda ən ucuz domen hansıdır?

Tarix: 18 Fevral 2020 21:12

Sayt yaratmaq istəyənlər ilk növbədə domen üçün müraciət etməlidirlər. Veb-saytın internetdəki adı və adresi olan domen şəbəkə platformalarının əsasını təşkil edir. Domen istifadəçinin İP adresini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş, kəlmələr ilə ifadə edilən formasıdır. Bildiyimiz kimi, ölkənin ən populyar domenləri ".az", ".com", ".net" və digərləridir. Bəs Azərbaycana məxsus domenlərin qiymətləri necədir?

Milli.Az ted.az-a istinadən bildirir ki, ən bahalı domen milliliyi ilə fərlənən ".az"dır, ən ucuz isə mətbuat oqranlarının sevimlisi ".info" domenidir. "AZ" domeninin qiyməti 40 AZN-dır, ".İNFO" isə cəmi 9 AZN-a başa gəlir.

Məlumat üçün bildirək ki, Azərbaycanın milli domen zonasında (".az") 34 063 internet resursu qeydə alınıb.

Statistikaya əsasən 2019-cu il ərzində ".az" domenində qeydiyyatdan keçən saytların sayı 9,1% artıb. Qeydə alınan saytların 31 729-u birinci səviyyəli domen zonasına aiddir. Bu da 2019-cu ilin əvvəlində olan göstəricini 17% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 320 sayt qeydiyyatdan keçib. Bu, 2018-ci ilin göstəricisini 13,2% üstələyir.

Populyarlığına görə, üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 459 sayt qeydiyyatdan keçib. Bu da ötən ilin əvvəlinə olan göstəricidən 25% çoxdur.

Milli.Az


Etiketlər:  Azərbaycanda ən ucuz domen hansıdır


RƏYLƏR