Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 11:46
"Portu"nun qapıçısı İker Kasilyas karyerasını bitirib.
Qol.az xəbər verir ki, bunu klub prezidenti Jorje Nunu Pinto Portuqaliya mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə, Kasilyas tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək.
Ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.
Xatırladaq ki, 39 yaşlı qolkiper İspaniya Futbol Federasiyasının prezidentliyi vəzifəsinə namizəddir.
Qeyd edək ki, İspaniya millisinin və “Real”ın əfsanəvi oyunçusu yığmada (2000-2016) 167 oyun keçirib. O, “Portu”ya qədər yalnız “Real”da oynayıb. Madrid klubunun yetirməsi 2015-ci ildən “Portu”da çıxış edirdi.