Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokuror həyat yoldaşını öldürən qadına 16 il cəza istədi

Prokuror həyat yoldaşını öldürən qadına 16 il cəza istədi

Tarix: 22 May 2019 17:18

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 16 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, R.Musayevin həyat yoldaşı V.Orucova saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prokuror həyat yoldaşını öldürən qadına cəza istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ