Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da təcili toplantı

''Barselona''da təcili toplantı

Tarix: 19 Fevral 2020 17:06

“Barselona”nın idarə heyəti klub haqda son günlər gedən söz-söhbətləri müzakirə etmək məqsədilə təcili iclas keçirəcək.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, toplantı bu gecə olacaq. İclasda klub prezidenti Xosep Bartomeu, 4 vitse-prezident, direktorlar şurasının katibi və baş direktor da iştirak edəcək.

Toplantıda "Barselona"nın prezident Josep Mariya Bartomeunun nüfuzunu qorumaq, həmçinin klubun bəzi keçmiş və hazırkı oyunçularını tənqid etmək  məqsədilə xüsusi şirkətlə əməkdaşlıq etməsi ila bağlı yayılan iddialar müzakirə ediləcək.

Qeyd edək ki, klubun sözügedən şirkətlə Lionel Messi, Jerar Pike və digər məhşur futbolçuların nüfuzunu aşağı salmaq məqsədi ilə əməkdaşlıq etməsi iddiası ortaya çıxmışdı.
 


Etiketlər:  Barselonada təcili toplantı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ