Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhemin klubundan 11 milyon avroluq transfer

Bekhemin klubundan 11 milyon avroluq transfer

Tarix: 19 Fevral 2020 17:50

ABŞ-ın "İnter Mayami" heyətini yeni futbolçu ilə gücləndirib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, MLS təmsilçisi Meksika yığmasının yarımmüdafiəçisi Rodolfo Pisarronu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu Meksika "Monterrey"indən 10,91 milyon avroya transfer olunub.

Meksikalı yarımmüdafiəçi "Paçuka"nın yetirməsidi və karyerasının böyük hissəsini də məhz bu klubda keçirib. O, "Monterrey"dən öncə "Qvadalaxara"da da oynayıb.

Sonda onu da qeyd edək ki, "İnter Mayami" klubunun sahibi İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.


Etiketlər:  Bekhemin klubundan milyon avroluq transfer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ