Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 21:48
"Çelsi"nin futbolçusu Nqolo Kante 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Yunayted"ə qarşı matçda (0:2) zədələnməsidir. Bu isə o deməkdir ki, Kante ölkə çempionatında "Tottenhem", "Bornmut", Çempionlar Liqasında "Bavariya" və İngiltərə kubokunda "Liverpul"la oyunları buraxacaq.
Qeyd edək ki, Kante "Mançester Yunayted"lə görüşün 11-ci dəqiqədə məcburi əvəzlənmişdi.