Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK-da parlament seçkiləri ilə bağlı iclas - Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB

MSK-da parlament seçkiləri ilə bağlı iclas - Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB

Tarix: 20 Fevral 2020 18:33

18:30

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, araşdırmalar zamanı bir seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 2 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

---------

17:57

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırmalar zamanı bir sıra seçki məntəqələrində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59-cu məntəqələrdə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

---------

16:40

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini qeyd ediblər:

"Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır".

İclasda həmin dairənin 1 seçki məntəqəsi (8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

---------

16:21

İclasda 99 saylı Şəmkir kənd, 27 saylı Sabunçu ikinci, 121 saylı Laçın seçki dairələri ilə bağlı daxil olan müraciətlər müzakirəyə çıxarılıb və baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndrilməsi barədə qərar qəbul edilib.

----------

16:11

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib. O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.


Etiketlər:  parlament seçkiləri ilə bağlı iclas məntəqələrin nəticələri ləğv edildi YENİLƏNİB


RƏYLƏR