Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran-Pakistan sərhədində 5 pakistanlı əsgər öldürülüb

İran-Pakistan sərhədində 5 pakistanlı əsgər öldürülüb

Tarix: 20 Fevral 2020 21:12

Ötən gecə İran-Pakistan sərhədində silahlıların hücumu nəticəsində 5 pakistanlı əsgər öldürülüb.

Məlumatı AzadAvropa/AzadlıqRadiosu fevralın 19-da Pakistan rəsmilərindən alıb.

Anonimlik şərtilə danışan rəsmilərin sözlərinə görə, hücum edənlər "ağır silahlar"dan istifadə ediblər. Hadisə fevralın 18-də axşam Bəlucistan vilayətində baş verib.

Hücumun hədəfi olan nəzarət məntəqəsi İranla sərhədin 100 km-də, İranın cənub-şərqini Bəlucistanın paytaxtı Kvetta ilə birləşdirən əsas magistral yolda yerləşir.

Üç pakistanlı əsgər yaralanıb və xəstəxanaya aparılıb.

Pakistanın təhlükəsizlik qüvvələri hücum edənlərin yerini müəyyənləşdirmək üçün fevralın 19-da əks-əməliyyat başladıblar.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Hücum olunan ərazidə bəlucseparatçılar tez-tez Pakistanın təhlükəsizlik konvoyları və nəzarət məntəqələrini hədəf alırlar.

Fevralın 17-də Kvettada intiharçı hücumunda 8 sünni müsəlman öldürülüb, 16 nəfər yaralanıb.

Həmin hücumun da məsuliyyətini üzərinə götürən olmayıb.


Etiketlər:  İran Pakistan sərhədində pakistanlı əsgər öldürülüb


RƏYLƏR