Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çindən kənarda koronavirusa yoluxanların sayı 1200 nəfərə çatıb

Çindən kənarda koronavirusa yoluxanların sayı 1200 nəfərə çatıb

Tarix: 21 Fevral 2020 23:54

Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 1200 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, bu gün 127 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə Çindən kənarda yoluxma halları 26 ölkədə qeydə alınıb. Çindən kənarda COVID-19 koronavirusundan 8 nəfər ölüb.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 75 mini ötüb, onlardan 2236 nəfəri ölüb, 18 mindən artıq insan isə sağalıb.

Milli.Az


Etiketlər:  Çindən kənarda koronavirusa yoluxanların sayı 1200 nəfərə çatıb


RƏYLƏR