Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 18:36
Bakı. Trend:
Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.
Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparır. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edir.
Trend bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin ən yaxşı anlarını təqdim edir.
Foto: Zaur Mustafayev
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin