Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb

İtaliyada yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb

Tarix: 22 Fevral 2020 07:56

İtaliyada yeni növ COVID-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Il Corriere della Sera" qəzeti və digər italyan KİV-ləri məlumat verib.

Məlumata əsasən, Veneto bölgəsində 78 yaşlı kişi ölüb.

Bildirilir ki, o xəstəxanaya 67 yaşlı həyat yoldaşı ilə birgə yerləşdirilib. Onların yeni növ koronavirusa yoluxması son ana qədər sual altında olub.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 75 mini ötüb, onlardan 2236 nəfəri ölüb, 18 mindən artıq insan isə sağalıb.

Milli.Az


Etiketlər:  İtaliyada yeni növ koronavirusdan ölüm halı qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ