Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 18:02
Daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb.
Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, çoxsaylı vətəndaş müracitələri nəzərə alaraq Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.
Svetofor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. Bu kimi svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.