Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 19:48
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Çindən kənarda koronavriusa yoluxanların sayı artır və epidemiyanın qarşısını almaq üçün vaxt azalır.
Çinin şənbə günü verdiyi məlumata görə, ölkə boyu 76.200 insan virusa yoluxub, 2.245 nəfər isə ölüb. Çindən kənarda isə 1.200 nəfər koronarivusa yoluxub, 10-dan çox insan ölüb.
Tedros Çindən kənarda yoluxma hallarının "nisbətən az" olduğunu desə də, Çinlə əlaqəsi olmayan insanlar arasında yoluxma hallarının artması ilə bağlı narahatlığını ifadə edib.
Cənubi Koreya şənbə günü yoluxma hallarının dörd gün ərzində altı dəfə artdığını bildirib. Rəsmilər deyir ki, artıq 87 yeni yoluxma halı var və bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 433-ə çatıb. Onların çoxunun Daequ şəhərindəki kilsə və hospitallarla əlaqəsi olub. Cənubi Koreya Çindən kənarda virusa ən çox insanların yoluxduğu ölkədir. Reuters xəbər verir ki, Samsung Electronics şirkəti Qumi şəhərində mobil cihaz zavodunda koronavirusa yoluxma halının qeydə alındığını bildirib. Zavod bazar ertəsi səhərədək bağlı qalacaq.
Tedros cümə günü deyib: "Ümid edirəm ki, Cənubi Koreya epidemiyanın qarşısını bu erkən mərhələdə almaq üçün əlindən gələni edəcək".
Ümumdünya Səhiyyə Təşkilatı həmçinin İranda virusa yeni yoluxma halları, habelə bir iranlı səyahətçinin virusu Livana, digərinin isə Kanadaya daşıması ilə bağlı da narahatlığını ifadə edib.
Livan cümə günü koronavirusa ilk yoluxma halının olduğunu açıqlayıb. Bu, İrandan gələn və hospitalda karantində saxlanılan 45 yaşlı qadındır.
İran şənbə günü koronavirus epidemiyası zamanı İraqa dini ziyarətləri dayandırıb.
İranın səhiyyə rəsmiləri cümə günü koronavirusdan daha iki nəfərin öldüyünü bildirib.
İranın səhiyyə nazirliyinin sözçüsü Kianuş Cahanpur deyib ki, yeni yoluxma hallarının Qum şəhəri ilə əlaqəsi olduğunu bildirib ki, çərşənbə günü orada ilk ölüm halları baş verib. İndiyədək İranda 18 yoluxma halı qeydə alınıb, onlardan dördü alınıb.
İran səhiyyə nazirliyinin bir digər rəsmisi Minu Mohraz deyib ki, virusun Qumda işləyən və Çinə səfər edən çinli işçilərdən yoluxduğu güman edilir.
Qonşu Türkiyədə isə səhiyyə naziri Fəxrəddin Qoca deyib ki, rəsmilər İrandan gələn insanlar üzərində yoxlanış aparır və son 14 gündə Quma səfər edən və ya xəstəlik siptomları olan heç kəsi ölkəyə buraxmır.