Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirus sürətlə yayılır: Məktəblər bağlandı

İranda koronavirus sürətlə yayılır: Məktəblər bağlandı

Tarix: 22 Fevral 2020 21:12

İranın Qum və Mərkəzi vilayətlərində yeni koronavirusa görə məktəb və universitetlərin fəaliyyəti dayandırılıb.

Sonxeber.net modern.az-a istinadən bildirir ki, İranın Mərkəzi vilayətində məktəb və universitetlərin fəaliyyəti bir həftəliyə, Qum vilayətində isə 2 günlüyə dayandırılıb.

Bundan əlavə Tehran şəhərində soyuqdəyməsi və ya qripi olan şəxslərin idman zallarındakı hovuzlara buraxılması qadağan olunub.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 28 nəfərin yeni koronavirusa yoluxduğunu və 5 nəfərin dünyasını dəyişdiyini təsdiqləyib.


Etiketlər:  İranda koronavirus sürətlə yayılır Məktəblər bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ