Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo 1000-ə çatdı

Ronaldo 1000-ə çatdı

Tarix: 23 Fevral 2020 10:20

SPAL-a qarşı A seriyasının dünən keçirilən 25-ci turun oyunu “Yuventus”un hücumçusu Kriştiano Ronaldo üçün xüsusi əlamətdarlıqla yadda qalıb.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu karyerasında 1000-ci oyuna çıxıb.

35 yaşlı futbolçu bu müddətdə rəsmi matçlarda 725 qol vurub, 220 qolun ötürməsini edib. Həmçinin o, beş dəfə Çempionlar Liqasının qalibi, Avropa, İngiltərə, İspaniya və İtaliya çempionu olub. Ronaldo 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Qeyd edək ki, SPAL-a qarşı oyunda (2:1) portuqaliyalı komandasının ilk qolunun müəllifi olub. Bununla da o, A seriyasında dalbadal qol vurduğu oyunların sayını 11-ə (ümumən 15 qol) çatdırıb.

 


Etiketlər:  Ronaldo 1000 çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ