Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 14:48
“Barselona” fevralın 25-də Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaq.
Qol.az xəbər verir ki, bu məqsədlə komanda sabah Neapola yola düşəcək. ESPN-in jurnalisti Moi Lyorens yazıb ki, İtaliyaya çatanda klubun bütün futbolçuları və əmkdaşlarının bədənin hərarəti yoxlanılacaq. Əgər kimdəsə istilik aşkarlansa, dərhal xəstəxanaya aparılacaq.
Belə bir addımın təhlükəsizlik məqsədi - koronavirus xəstəliyi ilə əlaqədar atılacağı bildirilir.
Qeyd edək ki, İtaliyada bu təhlükəli virus yayıldığından ölkə çempionatının bəzi oyunları təxirə salınıb.