Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 16:54
"Real"ın futbolçusu Eden Hazardın son durumu müəyyənləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb.
İspaniya mətbuatı onun bərpa müddətinin ən az iki çəkəcəyini yazıb. Beləliklə, Hazard Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" və La Liqada "Barselona" ilə vacib oyunları buraxmalı olacaq.
Qeyd edək ki, Hazard bundan əvvəl də zədəli olmuşdu. Bu səbəbdən o, hazırkı mövsümdə cəmi 10 çempionat oyununda meydana çıxıb.