Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 12:52
Həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "Survivor"da uğurlu çıxışını davam etdirir.
Sonxeber.net xəbər verir ki, Pərviz "Məşhurlar" ("Ünlülüər") komandasının kişi iştirakçıları arasında "Survivor"un ilk həftəsinin ən güclüsü seçilib.
Qadınlardan isə komanda yoldaşı Elif bu nəticəni təkrar edib.
"Survivor ekstra" və "Survivor panorama" verilişlərində yarışın ekspertləri Pərvizin finalda iştirak imkanlarını yüksək qiymətləndiriblər. Onlar "Məşhurlar" adasında azərbaycanlı məşhur döyüşçünün həm xarakterinin, həm də performansının üst səviyyədə olduğunu qeyd ediblər.
Məhəmməd Vaqif