Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda daha 18 nəfər yeni koronavirusa yoluxub - YENİLƏNİB

İranda daha 18 nəfər yeni koronavirusa yoluxub - YENİLƏNİB

Tarix: 24 Fevral 2020 14:34

14:31

Ötən sutka ərzində İranda yeni koronavirusa (Covid 19) daha 18 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, yoluxanların 8-i Qum şəhəri, 3 nəfəri Tehran şəhəri, 1 nəfəri Həmədan vilayəti, 2 nəfəri Mərkəzi vilayət, 2 nəfəri İsfahan vilayəti, 2 nəfəri Gilanda olub.

Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 4 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi İranda koronavirusa yoluxanların sayının 64 nəfərə çatdığını bildirib.

Cahanpur deyib ki, həlak olanların əksəriyyəti ya Qum şəhəri sakini olub, ya da bu şəhərə səfər edib.

İran rəsmisi heç bir şəhərin karantinə alınmadığını və lazım olduğu halda Qum şəhərində məhdudiyyətlərin yaradılacağını deyib.

---------
13:23

İranda yeni koronavirusa yoluxanların sayı indiyədək 60 nəfəri keçib.

Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini doktor İrəc Hərirçi mətbuat konfransında deyib. Milli.Az bildirir ki, bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

İ.Hərirçinin sözlərinə görə, koronavirusa yoluxmaqda şübhəli bilinənlərin sayı 900 nəfərə çatıb.

Hərirçi əlavə edib ki, bu virus nəticəsində indiyədək 12 nəfər olub.

Nazir müavini bildirib ki, Qum şəhərində vəziyyət stabilləşib. Qumda koronavirusla əlaqədar iki xəstəxana fəaliyyət göstərir.

Hərirçi deyib ki, yeni koronavirus iranlı iş adamı vasitəsi ilə İrana gəlib. Belə ki, İran və Çin arasında uçuşlar dayandırıldığı vaxtda həmin şəxs başqa bir ölkə vasitəsi ilə Çinə gedib. Həmin iş adamı virus nəticəsində dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  İranda daha 18 nəfər yeni koronavirusa yoluxub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ