Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arzu Cəlilova və Nərminə Səmədova iplə hərəkətlərdə AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər

Arzu Cəlilova və Nərminə Səmədova iplə hərəkətlərdə AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər

Tarix: 20 Aprel 2019 19:56

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastları Arzu Cəlilova və Nərminə Səmədova iplə hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüklsəliblər.

Trend-in məlumatına görə, Arzu Cəlilova 17,650 bal, Nərminə Səmədova isə 17,450 bal toplayıb.

İplə hərəkətlərdə turnirin finalına həmçinin rusiyalı gimnast Anastasiya Simakova, İtaliya təmsilçisi Sofiya Raffaelli, Belarus gimnastı Arina Krasnorutskaya, İsrail gimnastı Asya Adi Kats, bolqarıstanlı Yeva Brezaliyeva və Almaniya idmançısı Marqarita Kolosova yüksəliblər.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Arzu Cəlilova Nərminə Səmədova iplə hərəkətlərdə Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ