Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 22:14
Polşanın Miejsce Odrzanskie adlı kəndində 10 ildir oğlan uşağı doğulmur.
Sonxeber.net xəbər verir ki, Polşanın 300 nəfər əhalisi olan Miejsce kəndində sonuncu dəfə oğlan uşağı 2010-cu ildə dünyaya gəlib. Bu səbəblə də yanğınsöndürən, xilasedici tipli oğlanlara aid peşələr qız uşaqlarına öyrədilir. Uşaq sayında yaşanan bu bərabərsizliyin səbəbi müəmma olaraq qalır. Elm adamları müəmmalı vəziyyəti araşdırmaq üçün kəndə axın edib insanlara oğlan dünyaya gətirmək üçün məsləhətlər verirlər. Bu tövsiyyələr qadınların daha çox kalsium qəbul etmələri və yatağın altına balta qoymalarından ibarət olur. Lakin kəndin bələdiyyə sədri bu tövsiyyələrin işə yaramadığını və oğlan uşağı dünyaya gətirən ailəyə mükafat verəcəyini açıqlayıb. Hətta sədr doğulan ilk oğlan uşağın adını qəsəbəyə verəcəyinə və meşədə onun adına ağac əkəcəyinə söz verib. (ölkə.az)