Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 16:24
Hindistanın paytaxtı Dehlidə vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərlə əlaqədar başlayan etiraz aksiyalarında 7 nəfər həlak olub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, etirazlar ABŞ Prezidenti Donald Trampın səfəri ərəfəsində başlayıb.
Aksiya zamanı avtomobillər yandırılıb, polislə etirazçılar arasında toqquşma baş verib.
Toqquşmalar nəticəsində azı 90 nəfər xəsarət alıb.
Qeyd edək ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə əsasən, qonşu ölkələrdən Hindistana gələn müsəlman olmayan qaçqınlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcək. Bu qərar müsəlman hindlilər tərəfindən qəzəblə qarşılanıb.