Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 17:45
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, daxil olan müraciətdə seçki günü həmin dairədə qanun pozuntularına yol verildiyini bildirilib.
MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 24 və 26 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.