Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bank sektorunun kapitallaşması artıb

Azərbaycanın bank sektorunun kapitallaşması artıb

Tarix: 26 Fevral 2020 09:08

2019-cu ilin yekunlarına görə, Azərbaycanın bank sektorunun öhdəlikləri il ərzində cəmi 10,6 faiz artıb.

Sonxeber.net bildirir ki, bu barədə Trend Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, ölkənin bank sektorunun öhdəlikləri 2,7 milyon manat artaraq 28,14 milyard manata çatıb. Öhdəliklərin ən böyük hissəsi əmanətlərin payına düşüb - 75,7 faiz və ya 21,327 milyard manat (artım 14,7 faiz). Bunun böyük hissəsi, təxminən 72 faizi, hüquqi şəxslərin əmanətlərinin payına düşüb - 12,8 milyon manat. Onların illik artımı 24,3 faiz təşkil edib. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 2,8 faiz artaraq 8,5 milyon manatdan bir qədər yuxarı olub.

Kredit və maliyyə təşkilatları, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər ilin əvvəlindən 5,2 faiz azalaraq 3,6 milyard manat təşkil edib. Bankların buraxdığı qiymətli kağızların dəyəri 1.75 milyon manatdan bir qədər az olub. Digər öhdəliklər isə 1,23 milyard manat təşkil edib.

Bununla yanaşı, nizamnamə kapitalı ilin əvvəlindən dəyişməyib və 225,85 milyard manat təşkil edib. Bankın ödənilməmiş zərəri 9 milyon manat təşkil edib. Ümumi ehtiyatlar 13,4 milyon manat (artım 5,3 faiz) təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, 2019-cu ildə Azərbaycanın bank sektorunun kapitallaşması 4,58 milyard manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 511.2 milyon manat və ya 12.5 faiz çoxdur.


Etiketlər:  Azərbaycanın bank sektorunun kapitallaşması artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ