Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin müddəti koronavirus ölümcül olduğu üçün deyil - AÇIQLAMA

Karantin müddəti koronavirus ölümcül olduğu üçün deyil - AÇIQLAMA

Tarix: 26 Fevral 2020 23:18

"Koronovirus bir bioloji silah deyil, çünki virusun genetik düzülüşündə insan əli ilə yaradılan bir dəyişikliyə rast gəlmıəmişik"

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bunu türkiyəli genetika uzmanı doktor Tolqa Sütlü bildirib. Onun sözlərinə görə, koronavirusun bu qədər sürətlə yayılmasının səbəblərindən biri, hələ simptomları başlamamış başqasına yoluxa bilmə qabiliyyətidir.

Viruslar ancaq qonaq olduğu canlıların üzərində özləribi dəyişəbildikləri üçün nə qədər çox yayılsalar, o qədər sürətli və çox mutsiya keçirirlər. Bu da virusun yeni özəllikləri ilə daha da güclü halda qarşımıza çıxması deməkdir.

Həkim bildirib ki, hazırda dünyada tətbiq edilən karantin müddətinin ən böyük səbəbi bu yayılmanın qarşısını almaq üçündür. Yəni virusun ölümcül olması ilə əlaqədar deyil.

Covid-19 bioloji silah deyil. Bunu təsdiqləyən heç bir elmi sübut yoxdur. Əlbəttə ki,bir virusun gen düzülüşünü analiz etmək mümkündür. İnsan əli ilə bir dəyişikliyə uğrasa bu hiss olunur.

Bundan əlavə əgər virus bioloji hücum olunsaydı, Çin hökuməti bunu iki gündə aşkarlayıb, göstərə bilərdi.


Etiketlər:  Karantin müddəti koronavirus ölümcül olduğu üçün deyil AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ