Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 23:22
Tehranda polisin keçirdiyi əməliyyat nəticəsində minlərlə tibbi maska aşkar edilib.
Sonxeber.net xəbər verir ki, bəzi şəxslər ölkədəki koronavirus təhlükəsindən istifadə edərək qanunsuz yollarla tibbi maskalar ələ keçirərək, sonrakı günlər üçün baha satmaq niyyətində olublar. Axtarışlar zamanı polis 5,5 milyondan çox tibbi maska aşkar edib. Hadisəylə bağlı 3 şübhəli nəzarətə götürülüb. 3 fabrik bağlanıb.
Qeyd edək ki, İranda koronavirusun yayılmasına görə, tibbi maskalara böyük ehtiyac yaranıb. (publika.az)