Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 23:12
Feysbuk və Sony şirkətləri bu il keçiriləcək GDC tədbirində iştirak etməyəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, buna səbəb kimi koronavirus epidemiyası göstərilir.
Hər iki şirkət nümayəndəsi bildirib ki, əməkdaşlarının və ziyarətçilərin sağlamlıqlarını təhlükə altına salmaq istəmirlər: "Sözügedən tədbirdə iştirak etməmək olduqca ürəkaçan xəbər deyil. Lakin əməkdaşlarımızın və ziyarətçilərin sağlamlığı olduqca mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, bir müddət əvvəl Mobile World Congress 2020 də koronavirusa görə təxirə salındı.
Məlumat üçün bildirək ki, GDC- virtual oyun proqramları üçün beynəlxalq konfransdır.