Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 08:28
Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçu müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Liverpul"un qolkiperi Alisson Bekker "köhnə qitə"də forma geyinən ən yaxşı "sambaçı" seçilib.
O, 2019-cu ilin yekunlarına əsasən "Qızıl samba" mükafatına layiq görülüb. 27 yaşlı futbolçu bu adı qazanan ilk qapıçı kimi tarixə düşüb.
Qeyd edək ki, "Qızıl samba" 2008-ci ildən Avropada oynayan ən yaxşı braziliyalıya verilir.