Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İl yarımdan sonra karyerasını bərpa etdi - Cüzeppe Rossi

İl yarımdan sonra karyerasını bərpa etdi - Cüzeppe Rossi

Tarix: 28 Fevral 2020 09:00

İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 33 yaşlı forvard ABŞ-da çıxış edəcək.

"Mançester Yunayted"in yetirməsi MLS klubu "Real Solt-Leyk"lə müqavilə bağlayıb. ABŞ-da anadan olan Rossi artıq yeni komandasının düşərgəsinə qoşulub. O, 2018-ci ilin yayında "Cenoa"dan ayrıldıqdan klubsuz idi.

Qeyd edək ki, Cüzeppe Rossi İtaliya yığmasının heyətində 30 oyunda iştirak edib, 7 qola imza atıb.

Milli.Az


Etiketlər:  İl yarımdan sonra karyerasını bərpa etdi Cüzeppe Rossi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ