Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 09:51
“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “Sensor Tower”in araşdırmasına görə, 2020-ci ilin yanvarında “TikTok” lider olub.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, 2020-ci ilin yanvarında “TikTok” messenceri 104,7 milyon dəfə (“App Store” və “Google Play” məlumatları qeydə alınıb) yüklənilib. Ümumi yükləmələrin 34,4%-i Hindistanın, 10,4%-i isə Braziliyanın payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə “TikTok” yükləmələrinin sayı dünyada 46%, 2019-cu ilin dekabrı ilə müqayisədə 27% yüksəlib. 2020-ci ilin yanvarında “WhatsApp” yükləmələrinin sayı 90,6 milyon təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 10% çoxdur.
Ən çox yüklənən proqramların ilk beşliyinə, həmçinin “Facebook”, “Instagram” və “Facebook Messenger” daxildir.
Emil Hüseynov