Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

Tarix: 28 Fevral 2020 15:26

Türkiyədə məskunlaşmış suriyalı qaçqınlar ölkənin Avropa sərhədlərinə yaxınlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sərhədyanı rayonlarda 2 mindən çox qaçqın toplanıb.

Bundan başqa, Avropaya dəniz yolu ilə getməyə çalışanlar Çanaqqala vilayətinə gəlirlər.

Qeyd olunur ki, Türkiyə hökuməti quru və ya dəniz yolu ilə Avropaya keçmək istəyən qaçqınların qarşısını almayacağını bildirib.

Daha əvvəl ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın qaçqınlar üçün Avropaya qapıları açacağını demişdi.

Milli.Az


Etiketlər:  Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb


RƏYLƏR