Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 17:42
Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib:
"Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir".