Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Siti"nin futbolçusu yenidən zədələndi

Tarix: 28 Fevral 2020 17:46

"Mançester Siti" ciddi itkiylə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in futbolçusu Emerik Laport sıradan çıxıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Çempionlar Liqasının 1/8 finalının "Real"la ilk matçında (2:1) zədələnən 25 yaşlı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu mövsüm uzun müddət zədə səbəbiylə yaşıl meydalardan uzaq qalan Laport, Premyer Liqada 7 oyunda iştirak edib.

Milli.Az


Etiketlər:  Mançester Sitinin futbolçusu yenidən zədələndi


RƏYLƏR