Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 14:39
Hazırda dünyanın bir çox ölkəsində tüğyan edən koronavirus COVİD-19 əleyhinə ən yaxşı dərmanın soğan, donuz piyi və sarımsaq olduğu açıqlanıb.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.
Yerli telekanalda müsahibədə olarkən apteklərdə qoruyucu maskaların nədən olmaması barədə verilən suala cavab olaraq ukraynalı rəsmi deyib: Sizə demək istəyirəm ki, koronavirus əleyhinə ən yaxşı dərman soğan, donuz piyi və sarımsaqdır".
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.