Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 20:48
Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate 1" Premyer Liqa turnirini iki medalla başa vurublar.
Sonxeber.net xəbər verir ki, Rafiz Həsənov (67 kq) yarışda uğurla çıxış edərək qızıl medal qazanıb. O, finalda İtaliya təmsilçisi Luka Mareskadan üstün olub.
Qadınların yarışında isə İrina Zaretska (68 kq) bürünc medal qazanıb.
Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş "Karate 1" Premyer Liqa turnirində də iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.