Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada oyunlar yenə təxirə salınır – Klublar etiraz edir

İtaliyada oyunlar yenə təxirə salınır – Klublar etiraz edir

Tarix: 2 Mart 2020 13:16

İtaliya hökuməti koronavirus xəstəliyi ilə əlaqədar martın 8-nə kimi ölkənin bölgələrində bütün idman yarışlarının dayandırılması barədə verib.

Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, bu səbəbdən A seriyasının 27-ci turun həftə sonuna nəzərdə tutulan “Atalanta” – “Latsio”, “Bolonya” – “Yuventus”, “İnter” – “Sassuolo” və “Verona” – “Napoli” görüşləri  ya təxirə salınacaq, ya da azarkeşlərsiz oynanılacaq.

Qeyd edək ki, İtaliyanın bir çox klubu oyunların təxirə salınmasına qarşı çıxıblar. Onlar matçların fanatların iştirakı olmadan keçirilməsini daha uyğun sayırlar.

Bununla əlaqədar, martın 4-də A seriyası klublarının martın 4-də Romada təcili görüşü çağırılıb.

 


Etiketlər:  İtaliyada oyunlar yenə təxirə salınır Klublar etiraz edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ