Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 13:54
"Real"ın futbolçusu Junior Vinisius "El-Klassiko"nun tarixinə düşüb.
Sonxeber.net qol.az-a istinadən yazır ki, braziliyalı 21-ci əsrdə "El-Klassiko"da qol vuran ən gənc oyunçu ünvanına çatıb. O, bu göstəriciyə 19 yaş 233 günündə nail olub. Daha əvvəl rekord 2007-ci ilin martında, 19 yaş 259-cu günündə "Real"ın qapısından qol keçirən "Barselona"nın hücumçusu Lionel Messiyə məxsus idi.
Qeyd edək ki, dünən La Liqanın 26-cı turunun "Real"- "Barselona" matçında meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Madridlilərin ilk qolunu 71-ci dəqiqədə Vinisius vurub.