Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi

Tarix: 3 Mart 2020 16:48

Türkiyə Superliqa təmsilçisi “Yeni Malatyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Hikmet Karamanı gətirilib. 59 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

H.Karaman Malatya təmsilçisinin bu mövsüm üçün 3-cü baş məşqçisidir. Bunadək komandanı Sergen Yalçın, daha sonra isə Kemal Özdeş çalışdırıb.

Qeyd edək ki, H.Karaman 2006-cı ildə də “Yeni Malatyaspor”da işləyib.

Xatırladaq ki,  "Yeni Malatyaspor" hazırda ölkə çempionatında 24 xalla 13-cü pillədə qərarlaşıb.

 


Etiketlər:  Superliqa klubunda yeni baş məşqçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ