Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gerye fərdi məşqlərə başladı

Gerye fərdi məşqlərə başladı

Tarix: 3 Mart 2020 17:18

"Neftçi” Azərbaycan Premyer Liqasının 20-ci turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığına başlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Səbail”lə görüşdən sonra bərpa məşqi edən kollektiv fasilə vermədən bu gün məşqə çıxıb. Əvvəlcə inzibati binadakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən futbolçular ardından "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər. Mamadu Mboc zədəli olduğu üçün məşqdə iştirak etməyib, Donald Gerye isə fərdi məşqə başlayıb. Hazırlıq martın 4-də bir məşqlə davam edəcək.

Qeyd edək ki, martın 7-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sabah” oyunu saat 18:00-da başlanacaq.

 


Etiketlər:  Gerye fərdi məşqlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ