Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yaxşı qrupa düşmüşük, sevinirəm'' - Monteneqronun baş məşqçisi

''Yaxşı qrupa düşmüşük, sevinirəm'' -  Monteneqronun baş məşqçisi

Tarix: 4 Mart 2020 10:42

Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasının püşkünü dəyərləndirib.

Qol.az xəbər verir ki, 62 yaşlı mütəxəssis yerli federasiyanın saytına açıqlamasında bildirib ki, qrupdakı istənilən komanda birini yer uğrunda mübarizə apara bilər:
 
"Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq. Hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdır. Qrupumuzda asan rəqib yoxdur. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq”.
 

Xatırladaq ki, Kipr, Monteneqro, Azərbaycan və Lüksemburq yığmaları Millətlər Liqasında eyni qrupda mübarizə aparacaqlar.

 


Etiketlər:  Yaxşı qrupa düşmüşük sevinirəm Monteneqronun baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ