Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 11:32
Türkiyə millisinin daha bir futbolçusu zədələnib.
Qol.az "Hürriyet"ə istinadən xəbər verir ki, İngiltərənin "Kristal Pelas" klubunda çıxış edən Cenk Tosun məşq vaxtı dizindən zədələnib. Onun 6-7 ay meydana çıxa bilməyəcəyi iddia olunur. Bu isə hücumçunun Avro-2020-ni buraxması deməkdir. Futbolçunun son durumu MRT müayinəsindən sonra dəqiqləşəcək.
Bundan əvvəl isə Merih Demiral ve Yusuf Yazıcının da zədə probleminə görə Avro-2020-ni buraxacağı bildirilmişdi.
Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.