Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 17:20
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Regional İnkişaf" İctimai Birlliyinin 2019-cu il üzrə elan etdiyi "Sosial layihələr" müsabiqəsinin layihələrindən olan "MirvariStore" layihəsi ilə əməkdaşlığa başlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, KOBİA-nın təşkilatçılığı ilə Qəbələ şəhərində toxuculuq və tikiş bacağı olan qadınlar üçün "MirvariStore" layihəsinin təqdimatı keçirilib. Tədbirdə layihə barədə məlumat verilib, Qəbələ və Oğuz rayonlarında toxuculuq və tikiş bacarığı olan və bu sahəyə maraq göstərən, müvafiq istiqamətdə evində işləmək istəyən 25 qadın müəyyənləşdirilib, onlarla lazımi materialların verilməsi və sifarişlərin ötürülməsi mexanizmi barədə müzakirələr aparılıb.
Qeyd edək ki, "MirvariStore" layihəsinin məqsədi regionlarda qadın sahibkarlığının inkişafı, məşğulluğun artırılması, qadınların gəlir əldə etməsinə dəstək göstərilməsi, eləcə də milli naxışların təbliği və "Made in Azerbaijan" brendi ilə əl işlərinin xarici bazarlara çıxarılmasıdır.\