Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 16:00
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan inkişaf etdikcə ölkəmizə qarşı paxıllıq da çoxalır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə gənclərlə görüşündə Azərbaycana qarşı ikili standartların mövcud olduğu, Ermənistana isə dəstək göstərilməsi ilə bağlı suala cavab verərkən deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycan müstəqil dövlətdir: “Biz qondarma dövlət deyilik. Ermənistan isə qondarma dövlətdir. Biz öz gücümüzlə müstəqillik qazanmışıq, inkişaf etmişik. Niyə kiminsə dediyinə tabe olmalıyıq? Bizi ona görə istəmirlər ki, biz müstəqil siyasət aparırıq, heç kimə əyilmirik. Ona görə də bizi istəmirlər, ancaq Ermənistana nə deyirlər, deyir baş üstə. Biz isə heç kimə əyilmirik, biz ancaq öz gücümüzü artırırıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin