Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir - tamaşaçı

Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir - tamaşaçı

Tarix: 21 Aprel 2019 08:00

Bakı. Cani Babayeva - Trend:

AGF Junior Trophy turniri kimi beynəlxalq turnirlərin keçirilməsi gənc qızları bədii gimnastika ilə məşğul olmağa motivasiya edir.

Bunu Trend-ə yarışların tamaşaçısı Arzu Qarayeva deyib.

A.Qarayeva bildirib: "Qızım bədii gimnastika üzrə məşqlərə gedir və onun necə maraqla iştirakçıların öz kompozisiyaları və elementlərini yerinə yetirdiklərini izlədiyini görürəm. Qızımın da yarışda iştirak etmək, uğur qazanmaq istəyi yaranır".

Tamaşaçı deyib ki, bədii gimnastikanın böyük pərəstişkarıdır: "Bu gözəl, incə idman növüdür. AGF Junior Trophy turniri parlaq və gözəl keçir, Milli Gimnastika Arenasında olmaq böyük həzzdir."

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.


Etiketlər:  Bakıda AGF Junior Trophy turniri parlaq gözəl keçir tamaşaçı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ