Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 16:14
Tunis şəhərində ABŞ səfirliyinin yaxınlığında partlayış törədilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə intiharçı terrorçu tərəfindən törədilib.
Qeyd olunur ki, motosikletlə hərəkət edən terrorçu mühafizə xidmətinin yaxınlığında özünü partladıb.
Hadisənin təşkilatçıları və motivləri ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Tunisdə 2015-ci ilin iyunundan bəri fövqəladə vəziyyət rejimi qüvvədədir.