Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi arvadını və qızını güllələyib qaçdı - FOTO

Kişi arvadını və qızını güllələyib qaçdı - FOTO

Tarix: 6 Mart 2020 20:54

Türkiyənin İstanbul şəhərində kişi bir gündə üç nəfəri güllələyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Şevket Ç. yaşadığı binanın girişində yerləşən mağazanın satıcısı Bülent Yararı güllə ilə vurub.

Bundan sonra o, birinci mərtəbədə yerləşən evinə gedib 18 yaşlı qızı Selin Ç.-ni başından güllələyib. Ona mane olmaq istəyən arvadını isə qarnından və kürəyindən tapança ilə vurub.

Hadisə yerinə gəlmək istəyən qonşuları qorxutmağa çalışan Şevket Ç. havaya bir neçə dəfə atəş açaraq, taksi ilə oradan uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis Şevket Ç.-nin axtarışına başlayıb.


Etiketlər:  Kişi arvadını qızını güllələyib qaçdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ