Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 21:25
Əməkdar artist Rəşad İlyasov bir çox sənət adamının hələ də özünü mərhum Xalq artisti İlhamə Quliyeva ilə gündəmə gətirməsini tənqid edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, "Mtv Azərbaycan"a müsahibə verən ifaçı bunları söyləyib:
"Parodiya edirlər, bu İlhamə xanımın çörəyidir. Onunla gündəmə gəlib, sevilirlərsə, o İlhamə xanımın böyük sənətkarlığının təcəssümüdür. Boş-boş, dolu-dolu danışa bilərlər, amma İlhamə xanımın yeri başqadır".
Rəşad İ.Quliyevanı Azərbaycan mətbəxinin əsas xörəyi, digərlərini isə süfrələrin məzəsi adlandırdı:
"Düşünün ki, bir dostunuzun evinə qonaq gedirsən və masada çox gözəl bir yemək var. Yeməyin kənarında məzələr də var. Onlar "qarnir"dir. Əsas isti yemək, təam, dad, duz... O başqa bir şeydir. Ola bilər, müqayisəm kimlərinsə xoşuna gəlməsin. Yəni, İlhamə xanımın sənəti əsas idi".