Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sutka ərzində yeni növ koronavirusa 2873 nəfər yoluxub

Sutka ərzində yeni növ koronavirusa 2873 nəfər yoluxub

Tarix: 7 Mart 2020 08:04

Dünyada son sutka ərzində COVİD-19 koronavirusuna 2873 yeni yoluxma hadisəsi qeydə alınıb, 99 nəfər isə sözü gedən xəstəlikdən vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Bildirilir ki, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 olub, onlardan 80 711-i Çindədir.

Daha əvvəl, "South China Morning Post" nəşri koronavirusa yoluxma halları sayının artıq 100 min nəfərdən çox olduğunu xəbər verib.

ÜST-ün məlumatına görə, Çində koronavirusdan (COVİD-19) ölənlərin ümumi sayı 3045-ə çatıb, onlardan 30-u son gün ərzində baş verib. Çindən kənarda isə 335 nəfər dünyasını dəyişib, onlardan 69-u - son sutka ərzində.

Milli.Az


Etiketlər:  Sutka ərzində yeni növ koronavirusa 2873 nəfər yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ